
ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Ərəbistan dənizinə daxil olub.
Hərbi ekspertlərin bildirdiyinə görə, zərbə qrupunun hərəkəti regionda təhlükəsizlik və strateji mövqelərin gücləndirilməsi məqsədini daşıyır. ABŞ hərbi rəsmiləri qrupun fəaliyyəti ilə bağlı əlavə açıqlama verməyib.

