
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin 6 fevralında baş vermiş dağıdıcı zəlzələlərin ölkə iqtisadiyyatına vurduğu zərər barədə açıqlama verib.
Prezident bildirib ki, həmin fəlakətin Türkiyə iqtisadiyyatına birbaşa təsiri və ümumi zərəri təxminən 150 milyard dollar təşkil edib.
Ərdoğan bu fikirləri zəlzələlərin üçüncü ildönümü münasibətilə keçirilən “Türkiyəmin gücünə bax” adlı tədbirdə səsləndirib.
Dövlət başçısı çıxışında qeyd edib ki, zəlzələdən sonra aparılan bərpa və yenidənqurma işləri davam edir və Türkiyə bu ağır sınaqdan daha güclü şəkildə çıxmaq üçün səylərini artırır.