
Cənubi Koreyada sabiq baş nazir Han Dok Sun barəsində məhkəmə hökmü elan edilib. O, ölkədə baş verən üsyan hadisələrində əsas fiqurlardan biri kimi iştirak etməkdə ittiham olunub.
İttihama görə, Han Dok Sun qiyamçıların lideri hesab edilən sabiq prezident Yun Sok Yola bilavasitə yardım göstərib və çevriliş cəhdində fəal rol oynayıb. Məhkəmə istintaqı zamanı onun dövlət institutlarına qarşı yönəlmiş fəaliyyətlərdə iştirak etdiyi bildirilib.
Rəsmi qurumlar hadisənin ölkənin konstitusion quruluşuna ciddi təhlükə yaratdığını vurğulayıb. Məhkəmənin qərarı Cənubi Koreya ictimaiyyətində geniş rezonans doğurub.