
Almaniya hökumətinin tənqidlərindən sonra Münhen Təhlükəsizlik Konfransı İranın Xarici İşlər Naziri Abbas Əraqçıya göndərilən dəvəti geri götürdüyünü açıqlayıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl İran hökumətinin müxtəlif nümayəndələrinə dəvətnamələr göndərilmişdi. Lakin son hadisələr nəzərə alınaraq, konfrans bu dəvətnamələri etibarsız sayıb.