
Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.
Realmedia.info xəbər verir ki, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilib və hər il iyunun 7-də qeyd olunur. Məqsəd qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və dayanıqlı gələcək üçün əhəmiyyətinə diqqət çəkmək, cəmiyyətin bu sahədə maarifləndirilməsini gücləndirməkdir.
Ümumdünya Qida Təhlükəsizliyi Günü qida zəncirinin bütün iştirakçılarının – istehsalçıların, emalçıların, daşıyıcıların, satıcıların, dövlət qurumlarının və istehlakçıların məsuliyyətini ön plana çıxarır.
Azərbaycan da qida təhlükəsizliyinin təmin olunmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Mütəxəssislər bildirirlər ki, təhlükəsiz qida yalnız sağlamlığın qorunmasına deyil, həm də iqtisadi rifahın və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verir.