
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva tutduğu vəzifədən ayrılıb.
RealMedia.info xəbər verir ki, bu barədə Nuranə Babayeva sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, fəaliyyət göstərdiyi müddət ərzində Kəlbəcərdə həyata keçirilən müxtəlif layihələrin, həmçinin əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması istiqamətində fəal iştirak edib.
Nuranə Babayeva paylaşımında əməkdaşlıq etdiyi şəxslərə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində yeni hədəflərə doğru irəliləyəcəyini qeyd edib.
Onun vəzifədən ayrılma səbəbi ilə bağlı əlavə məlumat verilməyib.