
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.
Bununla bağlı Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov yeni qərar imzalayıb.
Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiqlənib.
Dəyişikliklərin vətəndaşlara təqdim olunan arayışların daha təkmil və vahid formada hazırlanmasına xidmət etdiyi bildirilir.
Qeyd edək ki, yaşayış yeri üzrə qeydiyyat arayışı müxtəlif dövlət xidmətləri, sosial məsələlər və rəsmi prosedurlar zamanı tələb olunan əsas sənədlərdən biri hesab olunur.
🌐 realmedia.info