
İyunun 6-dan etibarən sərnişinlər Bakıdakı Dərnəgül dayanacağından birbaşa bölgələrə qatarla səfər edə biləcəklər.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından aşağıdakı istiqamətlər üzrə reyslər həyata keçiriləcək:
Bakı – Qazax – Bakı
Bakı – Ağstafa – Bakı (əlavə reyslər)
Bakı – Balakən – Bakı
Bakı – Qəbələ – Bakı
Məlumata əsasən, sərnişinlər biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə rahat şəkildə əldə edə biləcəklər.