
Ədliyyə naziri Fərid Əhmədovin müvafiq əmri ilə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
məlumatına görə, təyinatdan sonra Rusif Quliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, o, bundan əvvəl 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məlumata əsasən, kadr dəyişiklikləri ədliyyə sistemində idarəetmənin təkmilləşdirilməsi çərçivəsində həyata keçirilir.