
Azərbaycan Tibb Universitetində (ATU) yeni kadr təyinatı həyata keçirilib.
Realmedia.info xəbər verir ki, tanınmış jurnalist Həqiqət İsabalayeva universitetin mətbuat katibi vəzifəsinə təyin edilib.
Məlumata görə, Həqiqət İsabalayeva uzun illər ərzində müxtəlif media və dövlət qurumlarında çalışaraq zəngin təcrübə qazanıb. O, fəaliyyətinə “Kaspi” gündəlik ictimai-siyasi qəzetində başlayıb, daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib kimi çalışıb.
Bununla yanaşı, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində redaktor, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunda isə Maarifləndirmə şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, son təyinatadək Bakı Mühəndislik Universitetində çalışan Həqiqət İsabalayeva yeni vəzifəsində universitetin ictimaiyyətlə əlaqələrinin təşkili və informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh olacaq.