
Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür.
Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart hər il Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Təhlükəsizlik orqanlarının əməkdaşları dövlətimizin təhlükəsizliyinin qorunmasında, vətəndaşların həyat və əmlakının müdafiəsində daim fədakar çalışırlar. Bu peşə bayramı münasibətilə bütün əməkdaşlar təbrik olunur, onlara uğurlar və möhkəm cansağlığı arzu edilir.