
Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı — ana və 4 övladı — ölkəyə repatriasiya olunub.
Bu barədə Realmedia-ya verilən məlumata görə, repatriasiya edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdiriliblər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri həmin müəssisədə repatriantlarla görüş keçiriblər. Görüş zamanı onların vəziyyəti, sosial-məişət şəraiti və ehtiyacları ilə maraqlanılıb, hüquqları ilə bağlı izahatlar verilib.
Qeyd edək ki, dövlət tərəfindən repatriasiya olunan vətəndaşların cəmiyyətə reinteqrasiyası, sosial və psixoloji dəstək tədbirlərinin həyata keçirilməsi davam etdirilir.