
Xalq artisti Ağadadaş Ağayev barəsində çıxarılmış məhkəmə hökmü amnistiya aktına əsasən aradan qaldırılır.
Realmedia xəbər verir ki, sənətçi barəsində əvvəllər azadlıqdan məhrumetmə cəzası verilməyib. Məhkəmə tərəfindən təyin olunmuş şərti cəza amnistiya aktının tələblərinə uyğun olaraq ləğv edilib.
Məlumata görə, Probasiya Xidmətinin müraciəti əsasında məsələyə məhkəmədə baxılıb və amnistiya aktının tətbiqi barədə qərar qəbul olunub. Bununla da Ağadadaş Ağayev cəzadan tam azad edilib.
Qeyd edək ki, amnistiya aktı humanizm prinsiplərinə əsaslanaraq müəyyən kateqoriyadan olan şəxslərin cəza məsuliyyətindən azad olunmasını nəzərdə tutur.