
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ad günüdür.
Realmedia xəbər saytı kollektivi adından cənab Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər ərzində mühüm tarixi nailiyyətlərə imza atmış, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Güclü siyasi iradə, uzaqgörən strategiya və qətiyyətli liderlik sayəsində ölkəmiz regionda və beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib.
Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə xalqımızın tarixində qürur səhifəsi kimi yer alıb.
Bu əlamətdar gündə cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyət arzulayırıq.
Ad gününüz mübarək olsun, cənab Prezident!
Realmedia.az