
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin bir qrup əməkdaşının təltif edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, metrologiya sahəsinin inkişafında göstərdikləri səmərəli fəaliyyət və xidmətlərinə görə aşağıdakı əməkdaşlar “Tərəqqi” medalı ilə təltif olunublar:
Bayramov Elnur Üzeyir oğlu
Bayramov Rasim Əhməd oğlu
Əzizov Əziz Məhəmməd oğlu
Həsənov Ramiz Qaroğlan oğlu
Qurbanov Azər Tengiz oğlu
Musayeva Şəhla Ziyəddin qızı
Osmanov Çingiz Məsim oğlu
Şirinov Namiq Paşa oğlu
Şirinova Mehriban Ramiz qızı
Qeyd edək ki, bu təltiflər ölkədə metrologiya sahəsinin inkişafına töhfə verən mütəxəssislərin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi kimi xarakterizə olunur.