
Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında humanitar və şəhərsalma sahəsində əməkdaşlıq daha bir mühüm mərhələ ilə davam edir.
Azərbaycan Respublikası Hökuməti, Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Realmedia.info President.az-a istinadən yaydığı məlumata görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Qeyd edək ki, Saziş 2026-cı il 11 fevral tarixində Sofiya şəhərində imzalanıb və iki ölkə arasında mədəni-diplomatik əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.