
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik Uqanda ilə bağlı səsləndirilən bəzi açıqlamaları şərh edib.
Realmedia.info xəbər verir ki, Çelik bu barədə AK Partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Uqanda Baş Qərargah rəisinin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər reallıqla uzlaşmır və ciddi əsaslara söykənmir.
Çelik qeyd edib ki, Türkiyə ilə Uqanda arasında heç bir problem yoxdur və iki ölkə arasındakı münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edir.
Partiya sözçüsü əlavə edib ki, sözügedən şəxs əvvəllər də müxtəlif ölkələrlə bağlı kontekstdən kənar açıqlamalar verib və daha sonra həmin fikirləri yumşaltmağa çalışıb.