
Seyed Abbas Araghchi Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə təşəkkür edib.
O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirib ki, həm humanitar yardımlar, həm də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılan şərait xüsusi əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, çətin günlərdə nümayiş etdirilən bu dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəni dəyərlərə əsaslanır.
Qeyd edək ki, Azərbaycan son dövrlərdə müxtəlif istiqamətlər üzrə humanitar təşəbbüslərlə çıxış edir və bu addımlar beynəlxalq səviyyədə müsbət qarşılanır.