
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk toplantısında Azərbaycan və Ermənistan liderləri arasında tarixi yaxınlaşma müşahidə olunub.
Realmedia.info xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan əl sıxaraq sülh prosesinə sadiqliklərini göstəriblər.
Qeyd edək ki, bu hadisə regionda sülh və əməkdaşlıq istiqamətində vacib mesaj kimi qiymətləndirilir və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir.