
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə yeni sədr təyin olunub.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ölkədə rəsmi statistik məlumatların toplanması, təhlili və ictimaiyyətə təqdim olunmasını həyata keçirən əsas dövlət qurumudur.