
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ tərəfindən təklif olunan və Qəzza sektorunun idarə olunmasını nəzərdə tutan “Sülh Şurası”nın tərkibinə daxil olmaqdan imtina edib.
Rəsmi açıqlamada bildirilir ki, Britaniya hökuməti bölgədə sabitliyin təmin olunmasına dəstək verməyə davam edəcək, lakin Şuranın fəaliyyətinə birbaşa iştirak etməyəcək.
Qeyd edilir ki, bu qərar ABŞ və Böyük Britaniya arasındakı diplomatik müzakirələrin fonunda verilib və London tərəfi regiondakı siyasi prosesləri diqqətlə izləməyə davam edəcək.