
Qobustan Milli Tarix-Bədii Qoruğunda yeni qayaüstü təsvir aşkarlanıb.
Realmedia xəbər verir ki, bu barədə Qobustan Milli Tarix-Bədii Qoruğunun yaydığı məlumatda bildirilib.
Məlumata görə, qoruq ərazisində 2026-cı il üzrə aparılan ilk monitorinq tədbirləri zamanı Kiçikdaş dağı ərazisində indiyədək qeydiyyata alınmamış qayaüstü təsvir qeydə alınıb. Aşkarlanan yeni tapıntı Qobustanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda qayaüstü təsvirin elmi tədqiqi və sənədləşdirilməsi istiqamətində müvafiq işlər aparılır.