
Mərkəz Regional Futbol Federasiyasına yeni rəhbər təyin olunub.
Məlumata görə, “Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, sabiq deputat Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilov federasiyanın prezidenti seçilib.
Mayın 20-də keçirilən növbədənkənar V hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Vüsal Xəlilov növbəti 5 il müddətinə quruma rəhbərlik edəcək.
Qeyd edək ki, onun atası Mirzəcan Xəlilov V çağırış Milli Məclisin (2015–2020) deputatı olub.