
AFC Çempionlar Liqası-2 turnirinin finalında Ən-Nəsr Yaponiyanın Qamba Osaka komandasına 0:1 hesabı ilə məğlub olub.
Realmedia.info xəbər verir ki, qarşılaşma Kingdom Arena stadionunda keçirilib.
Matçın yeganə qolunu 30-cu dəqiqədə Türkiyə millisinin hücumçusu Deniz Hümmet vurub.
Cristiano Ronaldo bütün matçı meydanda keçirsə də, komandasına nəticə qazandıra bilməyib və məhsuldar hərəkətlə yadda qalmayıb.
Məğlubiyyətdən sonra “Ən-Nəsr” futbolçuları Asiya Çempionlar Liqasının mükafatlandırma mərasiminə qatılmayıb.