
Çexiyanın Praqa şəhərini təmsil edən "Slaviya" futbol klubu UEFA Çempionlar Liqasında Kiprin "Pafos" komandası ilə keçirilən oyunda ağır məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
Klub rəhbərliyi bildirib ki, oyuna Kiprə gedən azarkeşlərə bilet pulları tam şəkildə geri ödənəcək. "Slaviya" azarkeşlərin dəstəyini yüksək qiymətləndirərək belə hadisələrin bir daha təkrarlanmaması üçün bütün imkanlarını səfərbər edəcəyini qeyd edib.
Qeyd edək ki, matçda "Slaviya" böyük fərqlə uduzub və bu, komandada ciddi narahatlıq yaradıb.