
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib. Realmedia xəbər verir ki, təcrübəli mütəxəssis transfer məsələlərinə də toxunub.
Qurbanov bildirib ki, Marko Yankoviçin komandadan ayrılması ilə bağlı rəsmi məlumat yoxdur. “Yerli futbolçularımıza dəvətlər var, menecerlər zəng vururlar, daha çox onları istəyirlər. Hələ ki, getməsi və ya gəlməsi gözlənilən oyunçu yoxdur. Hər mövqeyə danışıqlar aparırıq – qapı, orta xət, hücum. Görək, hansı səviyyədə olur. Çalışırıq ki, hər mövqedə oyunçularımızın sayını artıraq” – deyə o, əlavə edib.