
İstanbulun Florya sahillərində, Kiçikçəkməcə lövbər rayonunda “Kəlbəcər” tankerinin həyəcan siqnalı müşahidə olunub. Hadisənin ilkin səbəbi küləkli hava şəraiti olub: lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
ASCO-dan verilən məlumata görə, dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub. Hazırda vəziyyət nəzarət altındadır və təhlükəsizlik üçün bütün tədbirlər görülür.