
Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov vəfat edib.
Realmedia.info xəbər verir ki, bu barədə teatrın rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qalib Məlikov teatr səhnəsində yaratdığı bir sıra yaddaqalan obrazlarla yanaşı, kino sahəsində də fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun çəkdiyi “Bərə” filmində ata obrazını canlandırıb.
Mərhumun sənət dostları və tamaşaçılar arasında dərin hörmət qazandığı vurğulanır.