
Xocalı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elnur Rüstəmovun idarə etdiyi yük avtomobili rayon ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Elnur Rüstəmov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.