
Polşa hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlı Orxan Məmmədbəyli barəsində qırmızı bülletenlə axtarış elan edib.
Realmedia.info xəbər verir ki, Orxan Məmmədbəyli adam öldürmə və digər ağır cinayətlərdə ittiham olunur.
Onun saxlanılması üçün Polşa hüquq-mühafizə orqanları İnterpola müraciət edib.
Hazırda onun tutulması və ölkəyə ekstradisiya olunması prosesi davam edir.