
Yevlax şəhərində kafedə partlayış baş verib.
Hadisə kafenin içərisində olan maye‑qaz balonun partlaması nəticəsində baş verib. Partlayış zamanı obyektin sahibi, 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir və müvafiq təhlükəsizlik tədbirləri görülür.