
ABŞ-ın USS Gerald R. Ford təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilərkən kanalizasiya sistemində ciddi nasazlıqlarla üzləşib.
Realmedia.info xəbər verir ki, bu barədə Gulf News məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmidə mütəmadi olaraq tıxanmalar və daşmalar qeydə alınır. Bu isə 4600-dən çox heyət üzvünün gündəlik fəaliyyətinə mənfi təsir göstərir və yaşayış şəraitini çətinləşdirir.
Hərbçilər bildirirlər ki, mülki gəmiqayırma zavodundan götürülmüş vakuum sistemi mövcud yükün öhdəsindən gələ bilmir. Əvvəllər boruların təmizlənməsi üçün turşu ilə yuma üsulundan istifadə olunurdu və hər belə prosedur təxminən 400 min dollara başa gəlirdi.
Mühəndislik bölmələri problemi aradan qaldırmaq üçün gücləndirilmiş rejimdə çalışır. Dənizçilər isə yaşayış şəraitinin pisləşməsindən narazılıq edirlər.
Bununla yanaşı, United States Navy rəsmiləri bildiriblər ki, texniki problemlərə və uzadılmış missiyaya baxmayaraq, gəminin döyüş hazırlığına təsir yoxdur.