
Sabah Hava Limanı şosesində elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi işləri aparılacaq. İşlərin həyata keçirilməsi ilə əlaqədar, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq və istiqamətlər dəyişdiriləcək.
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.