
Ukrayna müharibəsində iştirak edən əslən azərbaycanlı, “Saxa” ləqəbi ilə tanınan Saleh İsmayılov vəfat edib.
Realmedia.info xəbər verir ki, məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.
Şahmuradov bildirib ki, İsmayılov müharibədə ağır yaralandıqdan sonra onkoloji xəstəlik aşkar edilib və bu səbəbdən dünyasını dəyişib:
“Saleh İsmayılov Azərbaycan vətəndaşı olmasına baxmayaraq, genişmiqyaslı müharibənin ilk günlərindən könüllü olaraq Ukraynanın müdafiəsinə qalxıb. Ukrayna ordusunun tərkibində, demək olar ki, bütün qaynar nöqtələrdə döyüşüb.
O, əsl döyüşçü idi. Ukraynada Saxa şərəf, cəsarət və qəhrəmanlığın simvoluna çevrildi”, – deyə bloger əlavə edib.