
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində faciəvi hadisə yaşanıb. Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.