
Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mülkiyyət” qəzeti və “Daşınmaz Əmlak Bülleteni” jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb.
Məlumata görə, nəşrlərin təsisçisi olan “Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti” MMC ləğv olunduğunu elan edib. Bununla əlaqədar olaraq, sözügedən qəzet və jurnalın fəaliyyəti də dayandırılır.
Qeyd edək ki, MMC-nin ləğvi ilə bağlı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorların tələblərinin qəbulu və digər hüquqi prosedurlar həyata keçiriləcək.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.