
“İstanbul NS” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimə edilib.
Məlumata görə, aparılan araşdırma zamanı tibb müəssisəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin fəaliyyətə cəlb edildiyi müəyyən olunub. Bu isə qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilib.
Klinika Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozmaqda ittiham olunub. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi qadağandır.
Qərara əsasən, “İstanbul NS” klinikası 20 min manat məbləğində cərimə olunub.