
Almaniya şəhərlər və kommunalar assosiasiyasının rəhbəri Andre Berqxegger ölkə hökumətini tənhalıqla mübarizə üçün ümummilli fond yaratmağa çağırıb. Onun təklifinə görə, fond 500 milyon avro ilə təmin olunmalıdır.
Berqxegger xəbərdarlıq edib ki, yaxın illərdə ölkə “tənhalıq onilliyi” ilə üzləşə bilər və sosial infrastruktur sahəsinə daha genişmiqyaslı investisiyalar zəruridir. O vurğulayıb ki, könüllülük fəaliyyəti mühüm rol oynasa da, bütün problemləri həll etməyə kifayət etmir.