
“Azərbaycan müəllimi”nin məlumatına görə, Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə dair qiymətləndirmə çərçivəsi ictimaiyyətə təqdim olunub.
Azərbaycan Respublikasının Təhsil İnstitutundan bildirilib ki, sənəd test mərhələsində tətbiq ediləcək qiymətləndirmə meyarlarını və ümumi çərçivəni əhatə edir.
Qeyd edilib ki, müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə ətraflı tanış olmaq mümkündür.