
Bakının Lökbatan qəsəbəsi ərazisində uzun müddətdir yarımçıq vəziyyətdə qalan xəstəxana binası yenidən qurulacaq.
Realmedia.info xəbər verir ki, layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-nin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyərinin təxminən 1,9 milyon manat olduğu bildirilir.
Planlara əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq. Burada 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.
Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, həmçinin bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.