
Yaxın vaxtlarda BakuBus MMC Naxçıvan şəhərində fəaliyyətə başlayacaq.
Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, yeni marşrut xətləri, müasir avtobuslar və nağdsız ödəniş sistemi vasitəsilə Naxçıvan şəhərinin sakinlərinə rahat və təhlükəsiz sərnişindaşıma xidməti təqdim olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərdaxili ictimai nəqliyyat xidmətinin keyfiyyətinin artırılması və sərnişin məmnuniyyətinin təmin edilməsidir.