
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində "Chinar Lunch Catering Service" MMC-nin İrandan gətirdiyi "Maryam Naderi Zarneh" şirkətinə məxsus 1 680 kiloqram nuqa məhsulundan nümunələr götürülüb.
AQTA-nın məlumatına görə, laborator sınaqlar nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkar edilib.
Faktla bağlı qəbul edilmiş qərar əsasında məhsul partiyası məhv edilib.
