
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfərə yollanıb.
Məlumata görə, Baş naziri Aşqabad Beynəlxalq Aeroportunda Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində MDB Hökumət Başçıları Şurasının iclasında regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı gözlənilir.