
UFC-nin yüngül çəkidə keçmiş çempionu İliya Topuriyanın Castin Qeyci ilə keçirdiyi döyüşdən sonra hər iki göz yuvasında (orbital sümükdə) yerdəyişməsiz sınıq aşkarlanıb.
Məlumata görə, sınıqların yerdəyişmə olmadan baş verməsi səbəbindən ispaniyalı-gürcü döyüşçünün təcili əməliyyata ehtiyacı yoxdur. Həkimlər ona bir neçə ay istirahət etməyi, mütəmadi tibbi nəzarətdə qalmağı və məşqlərə mərhələli şəkildə qayıtmağı tövsiyə ediblər.
Bildirilib ki, aldığı zədə səbəbindən Topuriyanın 2027-ci ildən əvvəl oktaqona dönməsi gözlənilmir.
Xatırladaq ki, İliya Topuriya ilə amerikalı döyüşçü Castin Qeyci arasında qarşılaşma iyunun 15-də Vaşinqtonda keçirilən "UFC White House - Freedom 250" turniri çərçivəsində baş tutub. Döyüş Castin Qeycinin texniki nokautla qələbəsi ilə yekunlaşıb.
Realmedia.info