
Milli Hidrometeorologiya Xidməti iyunun 15-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Realmedia.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi ərazilərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, səhər saatlarında isə yağışın bir qədər intensivləşəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 65-75 faiz təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışın güclənəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz 28-32 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə isə 25-28 dərəcə isti olacaq.