
“Qarabağ” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Məlumata görə, Ağdam təmsilçisi 21 yaşlı braziliyalı hücumçu Daniel Troiano ilə rəsmi müqavilə imzalamaq istiqamətində aktiv danışıqlar aparır. Transferin yaxın zamanda reallaşma ehtimalı yüksək qiymətləndirilir.
Futbolçunun müqavilə hüquqları Braziliyanın “Fortaleza” klubuna məxsusdur. O, ötən mövsümü “Floresta” komandasında icarə əsasında keçirib. Bildirilir ki, Troianonun “Fortaleza” ilə müqavilə müddəti iyulun 18-də başa çatır.
Bu səbəbdən gənc forvardın “Qarabağ”a azad agent kimi qoşulması gözlənilir.