
Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov dünyanın ən nüfuzlu döyüş təşkilatı olan Ultimate Fighting Championshipdə debüt etməyə hazırlaşır.
Realmedia.info xəbər verir ki, Fərman Həsənov yarıorta çəki dərəcəsində (welterweight) keçiriləcək döyüşdə Erik Nolan ilə üz-üzə gələcək.
Qeyd edək ki, UFC Fight Night Baku iyunun 27-də, şənbə günü Bakıdakı Milli Gimnastika Arenasında baş tutacaq.
Turnirin Azərbaycanda keçirilməsi döyüş idman növlərinə marağın daha da artacağı gözlənilir.