
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alena Əliyeva paytaxt Bakıdakı 45 nömrəli xüsusi məktəbi ziyarət ediblər.
Realmedia xəbər verir ki, səfər çərçivəsində qonaqlar məktəbdə yaradılan şərait, tədris prosesi və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tətbiq olunan proqramlarla tanış olublar.