
Böyük Britaniyanın paytaxtı Londonda sərnişin təyyarəsinin şassi hissəsində meyit aşkarlanıb.
Realmedia.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, hadisə Londonun Qetvik hava limanında qeydə alınıb. "Air Arabia" aviaşirkətinə məxsus təyyarə Mərakeşdən uçuşunu başa vuraraq hava limanına endikdən sonra texniki baxış zamanı şassi dayağında həyat əlamətləri olmayan kişi meyiti aşkar edilib.
Qetvik hava limanının nümayəndəsi faktı təsdiqləyərək bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və hava limanının əməkdaşları polisə lazımi dəstəyi göstərirlər.
İlkin ehtimallara görə, şəxs Böyük Britaniyaya çatmaq məqsədilə təyyarəyə biletsiz daxil olub və uçuş zamanı yük-şassi hissəsində gizlənməyə çalışıb.
Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.