
Fransa İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Realmedia.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM telekanalına müsahibəsində danışıb.
Nazir İsrailin Livandakı hərbi fəaliyyətini qəbuledilməz hesab etdiyini bildirərək əməliyyatı “ciddi səhv” adlandırıb.
Jan-Noel Barronun sözlərinə görə, İsrail qüvvələrinin Livan ərazisində hərbi əməliyyatları davam etdirməsinə və ölkənin dərinliklərinə doğru irəliləməsinə heç nə haqq qazandıra bilməz.
“Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etmişəm”, – deyə Fransa XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa və münaqişənin daha da genişlənməsinin qarşısını almağa çağırır.